Rusiya işğalçı qüvvələri Ukraynanın Kramatorsk və Slavyansk şəhərlərini bombardıman ediblər
Rusiya işğalçı qüvvələri Ukraynanın Kramatorsk və Slavyansk şəhərlərini bombardıman ediblər

 

Ukrayna mətbuatı, rus hərbçilərin Kramatorsk şəhərinin mərkəzi rayonuna aviasiya ilə raket zərbəsi endirdiyinə dair məlumat yayır. Bombardıman insan tələfatı ilə nəticələnib. Mövcud məlumatlarda partlayış nəticəsində 1 nəfərin həlak olduğu, 6 nəfərin isə xəsarət aldığı deyilir.

Yerli hökumət sakinləri sığınacaqlarda qalmağa çağırır.

Rus hərbçilərin Slavyansk şəhərinə reaktiv yaylım atəşi sistemləri ilə zərbə endirdiyinə dair məlumat yayılmaqdadır. Bombardıman nəticəsində bir neçə nəfər xəsarət alıb.

Şəhər meri sakinləri təxirəsalınmaz ehtiyac olmadan küçələrdə gəzməkdən çəkinməyə çağırır.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında Rusiya işğalçı qüvvələrinin Donetsk vilayətinin coğrafi sərhədlərinə çatmağa cəhd etdiyi üçün Baxmut istiqamətində də vəziyyətin ağırlaşdığı deyilir.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin məlumatında Rusiya işğalçı qüvvələrinin Zaporojie istiqamətində hücum əməliyyatları keçirməyə və Ukrayna silahlı qüvvələrinin bölmələrini mühasirəyə almağa çalışacaqları qeyd olunub.