Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Tsinaqara kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Vladimir Kaniaşvili sərbəst buraxılıb
Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Tsinaqara kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Vladimir Kaniaşvili sərbəst buraxılıb

 
Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Tsinaqara kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Vladimir Kaniaşvili sərbəst buraxılıb.Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.

İşğalçı qüvvələr Vladimir Kaniaşvilini 2021-ci ilin dekabrın 9-da saxlayıblar.

“Qanunsuz həbsdə olan Vladimir Kaniaşvilinin azad edilməsi prosesində “qaynar xətt” mexanizmindən fəal şəkildə istifadə edilirdi. Qanunsuz saxlanılma və onun dərhal azad edilməsi məsələsi Gürcüstan mərkəzi hökuməti tərəfindən İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi (IPRM) və Cenevrə Beynəlxalq Müzakirələri formatında mütəmadi olaraq qaldırılıb.

Gürcüstanın mərkəzi hökuməti beynəlxalq tərəfdaşlara mütəmadi rejimdə məlumat verirdi.

Gürcüstanın mərkəzi hökuməti qeyri-qanuni həbsdə olan digər Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün malik olduğu bütün vasitələrdən istifadə edir-deyə DTX-də bildirirlər və işğalçı rejimin işğal olunmuş ərazilərdə və işğal xətti boyunca törədilən destruktiv hərəkətlərə görə tam məsuliyyət daşıdığını qeyd edirlər.