Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Tamaz Qlurjidze azadlıqdadır
Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Tamaz Qlurjidze azadlıqdadır

 

Bu ilin oktyabrın 19-da Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı Tamaz Qlurjidze azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyir.

“Qanunsuz saxlanılma ilə bağlı məlumat daxil olan kimi dərhal “qaynar xətt” və mərkəzi hakimiyyətin sərəncamında olan bütün mexanizmlər işə salınıb. Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarımıza məlumat verilib.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə həm işğal olunmuş Sxinvali bölgəsi, həm də işğal olunmuş Abxaziya istiqamətində qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi üçün fəal işləməyə davam edir” – deyə DTX-də bildirilib.