Rusiya Dumasının spikeri - NATO-nun Finlandiya və İsveçdəki bazaları bu ölkələri müdafiə etməyəcək, əksinə, onların əhalisi üçün yalnız təhlükə yaradacaq
Rusiya Dumasının spikeri - NATO-nun Finlandiya və İsveçdəki bazaları bu ölkələri müdafiə etməyəcək, əksinə, onların əhalisi üçün yalnız təhlükə yaradacaq

 

NATO-nun Finlandiya və İsveçdəki bazaları bu ölkələri müdafiə etməyəcək, əksinə, onların əhalisi üçün yalnız təhlükə yaradacaq-bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Bundan əvvəl Finlandiyanın Lapenranta şəhərinin meri Kimo İarvu şəhərdə NATO bazasının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Rusiya Dumasının spikerinin sözlərinə görə, merin bunun təhlükəsizlik əhval-ruhiyyəsi yaradacağı ilə bağlı fikirləri yanlışdır, çünki münaqişə zamanı zərbələr ilk növbədə düşmənin hərbi infrastrukturuna istiqamətləndirilir.