Rusiya Dumasında "rus mediasına qarşı ayrı-seçkilik əməlləri ilə seçilən" ölkələrin adlarını açıqlayıblar, onlar arasında Gürcüstan da var
Rusiya Dumasında "rus mediasına qarşı ayrı-seçkilik əməlləri ilə seçilən" ölkələrin adlarını açıqlayıblar, onlar arasında Gürcüstan da var

 
Rusiya Dumasında rus mediasına qarşı ayrı-seçkilik əməllərinin sayı ilə seçilən ölkələrin adlarını açıqlayıblar və onlar arasında Gürcüstan da var.

Rusiyanın daxili məsələlərinə xarici dövlətlərin müdaxiləsi faktları ilə əlaqədar Dövlət Dumasının araşdırmaçı komissiyasının rəhbəri Vasili Piskarev bildirib ki, rus mediasına qarşı ayrı-seçkiliyə cavab olaraq əks-təsir tədbirləri haqqında qanunlayihə onların jurnalistlərinə qarşı düşmənçilik hərəkətlərinə cavab olacaq.

Deputatın sözlərinə görə, son 5 ilin təhlili göstərib ki, Latviya, Fransa, Moldova, Polşa, Litva, Ukrayna, ABŞ, Böyük Britaniya, Gürcüstan, Almaniya, Kanada, Estoniya və Rumıniya rus mediasına qarşı olduqca aqressiv davranırlar. Onun açıqlamasına əsasən, sadalanmış ölkələr arasından Latviya, Ukrayna və Fransa rus mediasına qarşı ayrı-seçkilik aktlarının sayına görə liderlik edirlər. “rus mediasına qarşı ayrı-seçkiliyə cavab olaraq əks-təsir tədbirləri haqqında qanunlayihə jurnalistlərimizə qarşı düşmənçilik hərəkətlərinə adekvat cavab olacaq”, -deyə Piskarev bildirib.

Onun sözlərinə görə, “Qərb bir neçə ildir rus mediasını gözdən salmaq və onların fəaliyyəti üçün dözülməz şərait yaratmaqla əlaqədar kütləvi kampaniya aparır”.

“Söhbət rəsmi tədbirlər üçün akkreditasiyadan imtina etməkdən, bank xidmətlərinə maneələr yaratmaq və yayımı dayandırmaqdan, eləcə də sərhəddə saxlanılmalardan, jurnalistlərin peşə fəaliyyətinə və rus mətbuatına mənsubiyyətinə görə cinayət təqibindən gedir” –deyə Piskarev əlavə edib.