Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxdı
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxdı

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxdı. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən saziş hərbi texnika, o cümlədən tanklar, artilleriya, helikopter  və təyyarələrə kvota qoyub.

Rusiya Xarici İşlər Nazirliyindən açıqlandığı üzrə, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanəti verən 1990-cı ilin Budapeşt memorandumu Moskva üçün öz qüvvəsini itirir.

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 1990-cı il noyabrın 19-da NATO-nun 16 üzvü və Varşava Müqaviləsi Təşkilatının altı ölkəsi arasında imzalanıb.

Rusiya bu sazişi 1992-ci ildə ratifikasiya edib, 2007-ci ilin iyulunda isə fəaliyyətini dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, razılaşmanın dayandırılması Putinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına uyğun olaraq baş verib. 2007-ci ildə Rusiya Prezidenti öz çıxışında ABŞ-ı və birqütblü dünya modelini sərt şəkildə tənqid etdi, bu da Rusiyanın xarici siyasət kursunda ciddi dəyişikliklər üçün ilkin şərt oldu.