Rus mətbuatının məlumatına görə, rus hərbçilər "Azovstal" zavodunun ərazisində Ukrayna tərəfi ilə danışıqlar aparırlar
Rus mətbuatının məlumatına görə, rus hərbçilər "Azovstal" zavodunun ərazisində Ukrayna tərəfi ilə danışıqlar aparırlar

 

Rus mətbuatının məlumatına görə, rus hərbçilər “Azovstal” zavodunun ərazisində Ukrayna tərəfi ilə danışıqlar aparırlar. Rusiya mətbuatı bu məlumatı özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının “Vostok” briqadasının komandiri Aleksandr Xodakovskiyə istinadən yayır.

“Rossiya1” teleşirkətinin canlı efirində Xodakovski “Azovstal” ərazisinin tunelindən 9 hərbçinin ağ bayraqlarla çıxdığını bildirib.

“Məlum oldu ki, bir neçə nəfər zavod ərazisindən çıxıb və bizim hərbçilərlə birlikdə danışıqlar prosesi üçün içəri qayıdıb, danışıqların nəticəsi hələ ki, bizə məlum deyil” -deyə Xodakovski bildirib.