Rus mediasının məlumatına əsasən, Dağıstanda hava limanında baş verən insident nəticəsində 20-dən çox insan yaralanıb, iğtişaşda iştirak edən 150 nəfərin kimliyi müəyyən edilib, onlardan 60-ı saxlanılıb
Rus mediasının məlumatına əsasən, Dağıstanda hava limanında baş verən insident nəticəsində 20-dən çox insan yaralanıb, iğtişaşda iştirak edən 150 nəfərin kimliyi müəyyən edilib, onlardan 60-ı saxlanılıb

 
Dağıstanda Maxaçkala Hava Limanında baş verən insident nəticəsində polis əməkdaşları və mülki şəxslər də daxil olmaqla 20-dən çox insan xəsarət alıb. Bu barədə məlumatı rus mediası yayır.

“Maxaçkala Hava Limanında baş vermiş insident nəticəsində insanlar ağır və orta dərəcəli xəsarətlər alıblar. Onların arasında həm polislər, həm də mülki şəxslər var. İki nəfərin vəziyyəti olduqca ağırdır”- deyə regional Səhiyyə Nazirliyindən bildirilib.

Bundan əlavə, medianın yazdığı kimi, hava limanında iğtişaşda iştirak edən 150 nəfər müəyyən edilib, onlardan 60-ı saxlanılıb.

“Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər güc strukturlarının əməkdaşları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə güc strukturlarının nəzarətindədir. İğtişaşın 150-dən çox iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılaraq şöbəyə aparılıb” -deyə bəyanatda deyilir.