Rumıniyada koronavirus on yeni doğulan uşaqda təsdiqləndi

Rumınıyanın Timişoara şəhərində koronavirus on yeni doğulan uşaqda aşkarlandı.

Bu barədə məlumatı Rumıniyanın səhiyyə naziri Neli Teraru verdi.

Bazirin bildirdiyinə görə, yeni doğulan uşaqlar bir xəstəxanada idilər və virusun onlara tibb personalından keçdiyi ehtimal olunur.

Ona qədər isə, həmin xəstəxananın altı tibb bacısında koronavirus aşkarlanmışdı.

Qeyd edilməlidir ki, doqquz yeni doğulan uşaq anası ilə bərabər xəstəxanadan çıxdıqdan sonra, onlara keçirilən testlərin cavabları müsbət çıxdı.

Rumıniyada koronavirusa yoluxanların sayı 4 417-dir. Həlak olanların sayı isə, 184.