Rumıniya mətbuatı NATO xarici işlər nazirlərinin Buxarest görüşünə Gürcüstan, Moldova və Ukraynanın dəvət olunması ilə əlaqədar məlumat yayır
Rumıniya mətbuatı NATO xarici işlər nazirlərinin Buxarest görüşünə Gürcüstan, Moldova və Ukraynanın dəvət olunması ilə əlaqədar məlumat yayır

 
Rumıniya mətbuatı NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilməsi planlaşdırılan görüşünə Gürcüstan, Moldova və Ukraynanın dəvət olunması ilə əlaqədar məlumat yayır.

Mətbuat NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə həmçinin Finlandiya, İsveç və Bosniya və Herseqovinanın da dəvət olunması ilə bağlı məlumat yayır.

Görüşdə NATO-nun Madriddə keçirilən sammitində qəbul edilmiş qərarların icrası, Ukraynada davam edən müharibə, enerji təhlükəsizliyi və tərəfdaşlarla münasibətlərin müzakirəsi planlaşdırılır.

Noyabrın 29 və 30-da Rumıniyanın paytaxtında NATO xarici işlər nazirlərinin sammiti keçiriləcək. Bu, NATO-nun 2008-ci ildə Buxarest sammitindən sonra keçirəcəyi ilk belə səviyyəli görüş olacaq.