Romeo Mikautadze "Uniting Business Europe" beynəlxalq konfransında iştirak edib
Romeo Mikautadze "Uniting Business Europe" beynəlxalq konfransında iştirak edib

İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Romeo Mikautadze BMT Qlobal Saziş və Gürcüstan Şəbəkəsinin təşkil etdiyi “Uniting Business Europe” adlı beynəlxalq konfransda iştirak edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, konfransın keçirilməsində məqsəd davamlı inkişaf məqsədlərinə nail olunması prosesində özəl sektorun töhfəsini qiymətləndirmək olub. 2030-cu il gündəliyinə tam nail olmaq üçün böhran dövründə biznes liderliyinin kritik rolu, prinsiplərə əsaslanan yanaşma, qlobal tendensiyalar, mexanizmlər və tərəfdaşlıqlar haqqında müzakirələr aparılıb. Yüksək səviyyəli panel müzakirələri zamanı Romeo Mikautadze enerjinin bərpa olunan mənbələrdən alınması məsələlərindən, mövcud problemlər və perspektivlərdən danışıb. Nazirin birinci müavini dinləyicilərə ölkədə bərpa olunan enerjinin inkişafına təkan verəcək siyasi mühitin və normativ-hüquqi bazanın yaradılması istiqamətində hökumətin atdığı addımlar barədə məlumat verib.

“Bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin enerji təhlükəsizliyinin artırılması üçün çox vacibdir. Ölkədə su elektrik stansiyalarının istehsalına diqqət yetirilməsinə əsaslanaraq, bərpa olunan enerjinin inkişafı prioritet istiqamət kimi müəyyən edilib. Bu, “Gürcüstanın enerji sektorunda dövlət siyasətinin əsas istiqamətləri haqqında” strateji-siyasi sənəddə vurğulanır”, – deyə Romeo Mikautadze bildirib.

O, müzakirə iştirakçılarını bərpa olunan enerjinin inkişafına dəstək sxemi haqqında məlumatlandırıb ki, onun çərçivəsində artıq 300 MVt-lıq birinci auksion uğurla keçirilib, ikincisi isə payızda keçiriləcək”, – Romeo Mikautadze bildirib.

Nazirin birinci müavini çıxışında həmçinin müxtəlif səviyyələrdə maraqlı tərəflərin, o cümlədən hökumət, özəl sektor, qeyri-hökumət təşkilatlarının rolunu, onlar arasında səmərəli əməkdaşlığın və bərpa olunan mənbələrdən enerji istehlakının təşviqinin zəruriliyini vurğulayıb.