Roberta Metsola - Avropa İttifaqının genişlənməsi daha güclü Avropa İttifaqı deməkdir, Avropa Parlamenti üzvlük ölkələrinin irəliləyişini alqışlayır
Roberta Metsola - Avropa İttifaqının genişlənməsi daha güclü Avropa İttifaqı deməkdir, Avropa Parlamenti üzvlük ölkələrinin irəliləyişini alqışlayır

Avropa İttifaqının genişlənməsi daha güclü Avropa İttifaqı deməkdir – bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola  “Twitter” səhifəsində yazır.

Roberta Metsolanın sözlərinə görə, Avropa Parlamenti üzv olmaq istəyən ölkələrin tərəqqisini alqışlayır.

“Avropa Parlamenti Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin əldə etdiyi irəliləyişi alqışlayır. Bu gün Avropa Komissiyasının tövsiyələri milyonlarla insana azadlıq, sülh və sabitlik gələcəyinə yeni ümidlər və aydın Avropa yolu bəxş edib” – Roberta Metsola yazır.