Robert Plant - Black Sea Arena səhnəsində repetisiya keçirir
Robert Plant - Black Sea Arena səhnəsində repetisiya keçirir

Robert Plantın konsertinə bir neçə saat qalıb.

İngiltərəli rok-ulduz öz bendi ilə bərabər “Black Sea Arena”-da repetisiyalar keçirir.

Repetisiyalar medya üçün qapalıdır.

“Qara Dəniz” jaz-festivalının direktoru Giorgi Kereselidze Birinci Kanala bəyan etdi ki, məşhur musiqiçi gürcü jaz musiqisini dinləmək istədi.

Bununla yanaşı, Robert Plant bugün səhərdən Acaranın bir neçə yüksək dağlıq kəndlərini gəzdi.

“Led Zeppelin”-in sabiq solisti və indi artıq solo ifaçısı öz musiqi bendi ilə bərabər, “Black Sea Arena” səhnəsində bugün saat 21:00-də konsert keçirərək, Qara Dənizin 12-ci festivalını açacaq.