Rişi Sunak - Böyük Britaniya Rusiyada gözlənilən bir sıra ssenarilərə hazırdır
Rişi Sunak - Böyük Britaniya Rusiyada gözlənilən bir sıra ssenarilərə hazırdır

 

Böyük Britaniya Rusiyada gözlənilən bir sıra ssenarilərə hazırdır-bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak açıqlayıb.

Sunak “Vaqner” muzdlu dəstəsinin uğursuz üsyanı səbəbindən Vladimer Putinin görünməmiş çağırışla üzləşdiyini qeyd edib. Britaniyanın Baş naziri bildirib ki, Rusiyaya həm dost, həm də düşmən olan hökumətlər bu hadisələrdən sonra Rusiyada nələrin baş verə biləcəyi ilə bağlı cavab axtarırlar.

Sunak Böyük Britaniyanın hadisələri diqqətlə izlədiyini bildirib.

“Bunun nəticələrinin nə ola biləcəyini dəqiqliklə proqnozlaşdırmaq üçün hələ tezdir, lakin əlbəttə ki, biz bir sıra ssenarilərə hazırıq. Bu, “Vaqner” qrupu ilə Putin rejimi arasındakı gərginliklə bağlı bir müddətdir təhlil və müşahidə etdiyimiz vəziyyətdir”-deyə Sunak açıqlayıb.