Avtomobil yolları departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyəti olan Tbilisi-Senaki-Leselidze (Rusiya Federasiyası ilə sərhəd) avtomobil yolunun 143-cü kilometrində yerləşən, Rikoti tunelində gecə saatlarında yol hərəkəti dayandırılacaq.
Bunun səbəbi hava çəkən ventilyatorların avtomatik idarə sisteminin təmiridir.
Təmir işləri başa çatdıqdan sonra, yol hərəkatı bərpa olunacaq.