Riketi-Qoderdzi kurortu yolunda yalnız yolsuzluq şəraitinə uyğun avtomobillərin hərəkətinə icazə verilir
Riketi-Qoderdzi kurortu yolunda yalnız yolsuzluq şəraitinə uyğun avtomobillərin hərəkətinə icazə verilir

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qarla əlaqədar olaraq ölkədaxili əhəmiyyətə malik Batumi (Anqisa) – Axaltsixe avtomobil yolunun 90-106 km-lik (Riketi-Qoderdzi kurortu) hissəsində yalnız yolsuzluq şəraitinə uyğun (iki və ya daha çox aparıcı körpüsü olan) avtomobillərin hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Avtomobil yolunun 1-90 km-lik (Angisa-Riketi) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.