Riğe-Nariğalanı birləşdirən kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək

 

Fevralın 7-dən martın 1-dək texniki reqlamentdə nəzərdə tutulan işlər səbəbilə Riğe-Nariğalanı birləşdirən kanat yolu müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilməyəcək. Bu barədə Tbilisi Meriyası məlumat yayır.

” Bu müddət ərzində “Kanat avadanlığının (kanat yolu, funikulyor) təhlükəsiz istismarı ilə bağlı texniki reqlament”-ə uyğun olaraq yedəkləmə ipinin dəyişdirilməsi və servis işləri həyata keçiriləcək.

Müqavilənin şərtlərinə əsasən, işləri italyan istehsalat şirkəti “Leitner” -in mütəxəssisləri görəcəklər.

Tbilisinin Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir”-deyə Tbilisi meriyasının məlumatında deyilir.