Reyncerlərin hazırlıq məktəbini növbəti dəstə tamamlayıb
Reyncerlərin hazırlıq məktəbini növbəti dəstə tamamlayıb

 
Reyncerlərin 12-ci dəstəsi Mayor Qela Chedia adına Xüsusi Əməliyyatlar Təlim Mərkəzinin Reyncer Hazırlıq Məktəbini bitirib.

Xüsusi əməliyyat qüvvələrinin komandanı vəzifəsini icra edən polkovnik Otar Berianidze reyncers andı oxunduqdan sonra fərqlənən məzunlar qarşısında çıxış edərək onlara məsul fəaliyyətlərində uğurlar arzulayıb və sertifikatları təqdim edib. 25 həftə ərzində onlar nəzəri, praktiki və fiziki hazırlıq keçiblər, bu da tibb, aeromobil, dağ, yanğın, mühəndislik və suda hazırlığı əhatə edib. Onlar həmçinin topoqrafiya, rabitə və taktikanı öyrəniblər.

Məzunlar xüsusi əməliyyat qüvvələrinin reyncerlər döyüş batalyonları üzrə bölünəcəklər və müdafiə qüvvələrində xidməti davam etdirəcəklər. Hərbi qulluqçular ixtisaslarını artırmaq üçün “xüsusi təyinatlı ixtisas proqramı” üzrə təhsillərini davam etdirə bilərlər, bunu bitirdikdən sonra da onlar xüsusi əməliyyat qüvvələrinin xüsusi təyinatlı batalyonuna qəbul olunacaqlar.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.