Revaz Cavelidze - baş nazir müxtəlif görüşlərdə, o cümlədən yüksək səviyyəli nümayəndələrlə dəyirmi masa formatında keçirilməsi nəzərdə tutulan görüşdə iştirak edir
Revaz Cavelidze - baş nazir müxtəlif görüşlərdə, o cümlədən yüksək səviyyəli nümayəndələrlə dəyirmi masa formatında keçirilməsi nəzərdə tutulan görüşdə iştirak edir

 
Bildiyiniz kimi, bu gün Gürcüstan nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirakı başlayıb. Gürcüstanın baş naziri müxtəlif görüşlərdə, o cümlədən yüksək səviyyəli nümayəndələrlə dəyirmi masa formatında keçirilməsi nəzərdə tutulan görüşdə iştirak edir – deyə hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze bildirib.

O bildirib ki, görüşlər sabah da davam edəcək və baş nazir enerjiyə sərmayə qoyuluşu məsələlərinə dair dəyirmi masa formatında iştirak edəcək. Həmçinin hökumət başçısı plenar iclas formatında yüksək vəzifəli nümayəndələr qarşısında çıxış edir.

“Bu gün qida təhlükəsizliyi mövzusu ilə bağlı görüş və danışıqlar aparılıb. Gürcüstanın baş naziri çıxış edərək bu istiqamətdə regional baxımdan mövcud olan problemlərdən və onların həlli yollarından da danışdı. Həmçinin, sabah baş nazir nümayəndə heyətinin üzvləri ilə birlikdə enerjiyə sərmayə qoyuluşu məsələlərinə dair dəyirmi masada iştirak edəcək və artıq yüksək səviyyəli nümayəndələr qarşısında plenar sessiya formatında çıxış etmək imkanı əldə edəcək” – deyə Revaz Cavelidze qeyd edib.