“Reuters”in məlumatına əsasən, Co Bayden və Si Dzinpin noyabrın 15-də San-Fransiskoda görüşəcəklər
“Reuters”in məlumatına əsasən, Co Bayden və Si Dzinpin noyabrın 15-də San-Fransiskoda görüşəcəklər

“Reuters”in məlumatına əsasən, Co Bayden və Si Dzinpin noyabrın 15-də görüşəcəklər. İki ölkə lideri arasında danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının San-Fransiskoda keçiriləcək sammitində baş tutacaq. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton və Pekin Bayden və Si Dzinpin arasında danışıqlara son hazırlıq işləri görür.

Lakin Çin hələlik bu məlumatı təsdiqləməyib.

Agentliyin məlumatına görə, iki ölkə lideri iqlim dəyişikliyi kimi məsələləri müzakirə edəcəklər. ABŞ həmçinin riskləri azaltmaq üçün müdafiə sahəsi ilə bağlı məsələlərdə Çinlə danışıqları bərpa etməyi planlaşdırır.

Məlumat üçün, Ağ Ev ilk dəfə noyabrın əvvəlində Vaşinqton və Pekinin iki lider arasında görüş barədə razılığa gəldiyini təsdiqləyib. Oktyabrın sonunda Çin Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-a səfər edib, burada Co Bayden və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu danışıqlar zamanı digər məsələlərlə yanaşı, Ukraynadakı hazırkı müharibə və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.