"Reuters"- Türkiyə dənli bitkilərin Bosfordan keçməklə ixrac edilməsi dəhlizinə dair Rusiya və Ukrayna ilə danışıqlar aparır
Türkiyə dənli bitkilərin Bosfordan keçməklə ixrac edilməsi dəhlizinə dair Rusiya və Ukrayna ilə danışıqlar aparır-bu barədə
“Reuters” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayır.
“Türkiyədən açılan dəhlizlə bu dənli bitkilərin hədəf bazarlara çatmasına dair tələb yaranıb. Danışıqlar hələ də davam edir” – deyə Türkiyə hökumətinin nümayəndəsi bildirib.
Digər iki Avropa mənbəsi də “Reuters”-ə Türkiyənin Ukraynadan dənli bitkilərin ixracında mümkün iştirakı ilə bağlı müzakirələri təsdiqləyib.
“Türkiyə Odessadan Qara dəniz vasitəsilə bu ixracın bir növ monitorinqinə töhfə verməyə hazırdır, çünki Türkiyə ənənəvi olaraq Qara dənizdə çox güclüdür və onlar kömək etməyə hazırdırlar” – deyə mənbə bildirir.