"Reuters" - Rusiya ola bilsin sabahdan Finlandiyaya qaz tədarükünü dayandırsın
Rusiya ola bilsin sabahdan Finlandiyaya qaz tədarükünü dayandırsın-məlumatı “Reuters” Finlandiya mətbuatına istinadən yayır.
Məlumatı jurnalistlər anonim mənbəyə istinadən yayırlar.
Rusiya Finlandiya üçün əsas təbii qaz tədarükçüsüdür, lakin ölkənin zəruri enerji ehtiyacının yalnız beş faizi qazın payına düşür.
Buna baxmayaraq, “Reuters”-in məlumatına görə, qaz təchizatı iri müəssisələr üçün problemlər yarada bilər.
Xatırladaq ki, Finlandiyanın prezidenti və baş naziri mayın 12-də NATO-ya üzvlük üçün müraciətin mümkün qədər tez edilməli olduğunu bildirmişdilər.