"Reuters" - Roma Papası Rusiyanı Ukraynadakı qəddarlığa görə tənqid edib, lakin müharibənin ola bilsin hansısa şəkildə təhrik edildiyini və ya qarşısının alınmadığını bildirib
"Reuters" - Roma Papası Rusiyanı Ukraynadakı qəddarlığa görə tənqid edib, lakin müharibənin ola bilsin hansısa şəkildə təhrik edildiyini və ya qarşısının alınmadığını bildirib

 

Roma Papası Fransisk Rusiyanı Ukraynadakı qəddarlığa görə tənqid edib və eyni zamanda müharibənin təhrik edilmiş ola biləcəyini bildirib -bu barədə “Reuters” agentliyi məlumat yayır.

“Reuters”in məlumatına görə, Papanın ötən ay iyezuit mediasının redaktorları ilə söhbəti olub, söhbətin mətni bu gün dərc olunub. Medianın məlumatına görə, Roma Papası Fransisk Rusiyanı Ukraynadakı qəddar, amansız, dəhşətli hərəkətlərinə görə tənqid edib və ukraynalıların sağ qalmaq uğrunda cəsur mübarizəsini tərifləyib. Lakin,o müharibənin ola bilsin hansısa şəkildə təhrik edildiyini qeyd edib.

Mətbuatın yazdığı üzrə, Roma Papası bildirib ki, Vladimer Putin Ukraynaya qoşun yeritməzdən bir neçə ay əvvəl, pontifik dövlət başçısı ilə görüşüb və Putin NATO-nun Rusiyaya müharibəyə səbəb ola biləcək qədər yaxınlaşmasından narahatlığını ifadə edib.

“Biz bu müharibənin arxasında hansısa bir şəkildə təhrik edilmiş və ya qarşısı alınmayan bütöv dramı görmürük”-deyə Papa Fransisk bildirib.

“Reuters”in məlumatına görə, Roma Papası həmçinin qeyd edib ki, rus qoşunlarının vəhşiliyini qınayarkən, mövcud real problemlərin həlli istəyi varsa, bu unudulmamalıdır. Onun sözlərinə görə, müharibənin başlanmasına təkan verən amillər sırasında hərbi sənaye də var.

“Həmçinin, rusların hər şeyin bir həftəyə bitəcəyini düşünmələri düzdür. Yanlış hesablamalar aparıblar. Onlar cəsur insanlarla, yaşamaq üçün mübarizə aparan və döyüş tarixi olan insanlarla qarşı-qarşıya gəldilər”-deyə Roma Papası qeyd edib.