"Reuters" -mobileye şirkətinin rəhbəri və İsrailin məşhur biznesmenlərindən biri Benyamin Netanyahu və hökumətinin istefasını tələb edir
"Reuters" -mobileye şirkətinin rəhbəri və İsrailin məşhur biznesmenlərindən biri Benyamin Netanyahu və hökumətinin istefasını tələb edir

 
Sürücüsüz avtomobil istehsal edən mobileye şirkətinin rəhbəri və İsrailin məşhur iş adamlarından biri Amnon Şaşua İsrailin Baş naziri Benyamin Netanyahunun və hökumətinin dərhal istefasını tələb edir.

Məlumatı “Reuters” agentliyi yayır.

Medianın yazdığı kimi, Amnon Şaşua İsrailin özəl sektoru adından bildirir ki, Netanyahu hökuməti oktyabrın 7-də “HƏMAS”ın hücumundan sonra uğursuz və səriştəsiz hərəkət edir.

“Biz itkiləri azaltmalı və bunu çox tez etməliyik. Yaranmış vəziyyətdən yeganə çıxış yolu İsrail hökumətini dəyişməkdir və bu, mümkün qədər tez baş verməlidir”- deyə biznesmen bildirib.

Şaşuanın sözlərinə görə, hazırkı İsrail hökuməti ölkədən çox özünü xilas etməklə məşğuldur.

“Reuters” xəbər agentliyi biznesmenin bu açıqlaması ilə bağlı Benyamin Netanyahunun administrasiyası ilə əlaqə saxlayıb. Medianın yaydığı məlumata əsasən, İsrail Baş nazirinin administrasiyası bu mövzu ilə bağlı şərh vermək istəməyib.