"Reuters" - "HƏMAS"ın İsrailə hücumu bəzi İran liderləri üçün sürpriz olub
"Reuters" - "HƏMAS"ın İsrailə hücumu bəzi İran liderləri üçün sürpriz olub

“HƏMAS”ın İsrailə hücumu bəzi İran liderləri üçün sürpriz olub, – Bu barədə “Reuters” agentliyi xəbər verir.

Agentliyin ABŞ kəşfiyyat məlumatlarına əsaslanaraq yazdığına görə, İran yəqin ki, “HƏMAS”ın hücum hazırladığını bilirdi, baxmayaraq ki, bəzi İran liderləri silahlıların həyata keçirdiyi əməliyyatın görünməmiş miqyasına təəccübləndilər.

ABŞ kəşfiyyatı ilə tanış olan mənbə “Reuters” agentliyinə bildirib ki, bir qayda olaraq, İran liderləri “HƏMAS” əməliyyatlarının təfərrüatlarını bilirlər.

Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Vaşinqtonda hazırkı mərhələdə İranın “HƏMAS”a bu hücumu təşkil etməkdə xüsusi yardım etdiyinə dair əllərində dəlil yoxdur.