"Reuters" - Fransa küçələrində gərginlik azalır, həbslər azalıb
"Reuters" - Fransa küçələrində gərginlik azalır, həbslər azalıb

 

Fransa küçələrində gərginlik azalır, bazar günü gecə həbslər azalıb-bu barədə “Reuters” yazır.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsi ilə bağlı aksiyalarda ötən gecə iğtişaşlar zamanı 160-a yaxın adam saxlanılıb. Etirazlar zamanı 45 min polis əməkdaşından 3-ü yaralanıb. Bundan əlavə, ilkin məlumatlara əsasən, 350 bina və 300 avtomobilə ziyan dəyib.

Fransada iğtişaşlar və “Nahel üçün ədalət” şüarı ilə etiraz aksiyaları 17 yaşlı gəncin yol hərəkəti qaydalarını pozduğu üçün Paris ətrafı Nanterredə polis tərəfindən güllələnməsindən sonra başlayıb. Dünən Parisətrafı qəsəbədə polis tərəfindən öldürülən yeniyetmənin nənəsi insanları iğtişaşlara son qoymağa çağırıb. Yeniyetmənin nənəsi üsyançıların 17 yaşlı Nahelin ölümünü bəhanə edərək dağıntılara səbəb olduqlarını, ailənin isə sülh istədiyini bildirib.