"Reuters" - Barselonada Fələstin tərəfdarı nümayişçilər dəmiryol vağzalının ərazisini işğal etməyə cəhd ediblər
"Reuters" - Barselonada Fələstin tərəfdarı nümayişçilər dəmiryol vağzalının ərazisini işğal etməyə cəhd ediblər

Barselonada fələstinlilərə dəstək verən nümayişçilər dəmiryol vağzalının ərazisini işğal etməyə cəhd ediblər. “Reuters”in məlumatına görə, polis şəhərin əsas dəmir yolu vağzalının qapılarını bağlayıb və etirazçılara qarşı qalxan və dəyənəklərdən istifadə edib.

Dünən Avropanın digər şəhərlərində də Fələstin tərəfdarı nümayişlər keçirilib. Londonda Fələstin tərəfdarı yürüşdə 300 min insan iştirak edib. Eyni zamanda, polis ultrasağçı qarşı-nümayişdə 120-dən çox adamı həbs edib.

Brüssel, Paris, Vyana və Berlində də Fələstini dəstəkləyən nümayişlər keçirilib.