"Reuters" - Avropa Komissiyasında Rusiyanın Kalininqrada dəmir yolu ilə yük göndərə biləcəyini bildirirlər
"Reuters" - Avropa Komissiyasında Rusiyanın Kalininqrada dəmir yolu ilə yük göndərə biləcəyini bildirirlər

 

Avropa Komissiyasında Rusiyanın Kalininqrada dəmir yolu ilə yük göndərə biləcəyini açıqlayırlar. Bu barədə “Reuters” agentliyi Avropa Komissiyasındakı anonim mənbəyə istinadən xəbər verir.

Avropa İttifaqının nümayəndəsi “Reuters” agentliyinə, sanksiya tətbiq olunan məhsulların Avropa İttifaqı ərazisinə avtomobillərlə daşınmasının qadağan edildiyini, lakin bu cür məhdudiyyətin dəmir yoluna şamil edilmədiyini bildirib.

“Avropa İttifaqının sanksiyalarına uyğun olaraq rus operatorlarının avtomobil nəqliyyatı ilə sanksiya tətbiq edilən yüklərinin tranzitinə icazə verilmir. Dəmir yolu nəqliyyatında belə bir məhdudiyyət yoxdur” -deyə “Reuters” mənbədən sitat gətirir.

Lakin, “Reuters”in məlumatına görə, anonim mənbə qeyd edir ki, nəqliyyat vasitələrindən asılı olmayaraq Avropa İttifaqının ərazisinə sanksiya tətbiq edilən ikili təyinatlı və hərbi təyinatlı məhsulların daşınmasına icazə verilmir.

Litva Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiyaya öz ərazisindən malların daşınmasını məhdudlaşdırıb. Bu addımdan narazı qalan Kreml cavab tədbirləri görəcəyi ilə hədələyib.