"Reuters" - Avropa Komissiyası Aİ ölkələrinə təbii qazın idxalı ilə bağlı Azərbaycanla müqavilə imzalamağı təklif edib
"Reuters" - Avropa Komissiyası Aİ ölkələrinə təbii qazın idxalı ilə bağlı Azərbaycanla müqavilə imzalamağı təklif edib

 

Avropa Komissiyası Aİ ölkələrinə təbii qazın idxalı ilə bağlı Azərbaycanla müqavilə imzalamağı təklif edib. Məlumatı sözügedən sənədlə tanış olan “Reuters” yayır.

“Tərəflər həcmi ildə 20 milyard kubmetrdən az olmayan “Cənub Qaz Dəhlizi” vasitəsilə təbii qazla ikitərəfli ticarəti, o cümlədən Avropa İttifaqına ixrac bahasına genişləndirməyə çalışır və bu, 2027-ci ilə qədər davam etməlidir” – deyə sənədin layihəsində deyilir.

Ötən il Trans-Adriatik boru kəməri ilə Azərbaycandan İtaliya kimi Avropa ölkələrinə 8 milyard kubmetr təbii qaz ixrac edilib.