"Reuters"- Aİ rus neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib, diplomatlar mayın 30-da məsələ ilə bağlı irəliləyişə nail olmağa çalışacaqlar
Aİ rus neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ bilməyib-bu barədə məlumatı “Reuters” Aİ rəsmilərinə istinadən yayır.
Nəşr yazır ki, hələ qərar veriləsi gərəkən çoxlu detallar var, lakin Aİ diplomatları mayın 30-da, Aİ sammiti başlamazdan əvvəl rus neftinə embarqo qoyulması ilə bağlı irəliləyişə nail olmağa çalışacaqlar.
Neft idxalına qarşı sanksiyalar Aİ-nin Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların altıncı zərfinin bir hissəsidir. “Reuters” yazır ki, Macarıstan bütün paketi dayandırıb, ölkə neft embarqosunun iqtisadiyyatına zərbə olacağını, çünki başqa ölkədən asanlıqla neft ala bilməyəcəyini söyləyir. Slovakiya və Çexiya da oxşar narahatlıqlarını ifadə ediblər.
Nəşrin yazdığı üzrə, dalandan çıxmaq üçün Avropa Komissiyası tərəflərə qadağanın yalnız tankerlə Aİ-yə idxal edilən rus neftinə şamil edilməsini, bu səbəbdən Macarıstan, Slovakiya və Çexiyanın alternativ tədarükün mümkün olmasına qədər müəyyən zaman kəsiyində Rusiyanın “Drujba” boru kəməri ilə neft almağa davam etməsini təklif edib. Budapeşt təklifi dəstəkləyir, lakin Aİ-nin maliyyələşdirilməsi ilə bağlı danışıqlar ləngiyib, çünki Macarıstan Xorvatiyadan neft kəmərinin gücünü artırmaq və neft emalı zavodlarını Rusiyanın Ural neftindən “Brent” markalı neftə keçirmək istəyir. Diplomatlar bu məsələni mayın 30-da müzakirə edəcəklər.