Respublika Xəstəxanasında dünən tədqiq olunmuş təxminən 80 əməkdaşdan 3-nün koronavirusa yoluxması təsdiqlənib
Respublika Xəstəxanasında dünən tədqiq olunmuş təxminən 80 əməkdaşdan 3-nün koronavirusa yoluxması təsdiqlənib

 

 Tbilisinin Respublika Xəstəxanasında koronavirus ilə əlaqədar təxminən 80 əməkdaş tədqiq olunub.

 Klinikanın direktoru,Levan Qopodzenin sözlərinə görə,tibb işçilərinin daha 3 nümayəndəsinin koronavirusa yoluxması təsdiqlənib.

Cəmdə isə, Respublika Xəstəxanasının 9 əməkdaşı yoluxub.

 Yoluxma mənbəyinə gəlincə isə,Qopodzenin sözlərinə görə,XNM bu məsələni araşdırır.Lakin ilkin məlumata görə,infeksiya klinikaya bayırdan daxil edilib.

 

Hazırladı-Sevinc Mustafayeva