Respublika xəstəxanasını bu gün sağalmış iki nəfər tərk edib,sabah üçün isə, 3 pasiyentin sağalması ilə bağlı tədqiqatın cavablarını gözləyirlər
Mərkəzi Universitet Klinikasında(Respublika Xəstəxanasında) sabah üçün 3 pasiyentin sağalması ilə bağlı tədqiqatın cavablarını gözləyirlər.Bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın direktoru,Levan Qopodze bildirib.
Bu gün klinikanı sağalmış iki pasiyent tərk edib.
Xəstəxanada Covid 19-a yoluxmuş 16 pasiyent müalicə olunur.Pasiyentlərdən biri hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
Sabah koronavirus ilə əlaqədar 10 nəfərdən götürülmüş testlərin cavabları məlum olacaq.
Hazırladı-Sevinc Mustafayeva