Rekrutlar Xertvisi qalasında hərbi and içdilər

 

Gürcüstanın müdafiə qüvvələrinə 83 hərbi xidmətçi əlavə olunub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Onların sözlərinə görə, rekrutlar, Gürcüstan tarixinin ən mühüm, çoxəsrlik amansız döyüşlərlə məşhurlaşan qalasında -Xertvisidə tanrı və xalq qarşısında  , işıqlı məşəllərin və qeyri-standart şəkildə düzülmüş bayraqların fonunda hərbi and içiblər və müdafiə qüvvələrinin böyük ailəsinə qatılıblar.

Qurumun məlumatına görə, bu gündən etibarən onlar müqavilə əsasında hərbi xidmətdən Gürcüstan Müdafiə Qüvvələrinin Şərq və Qərb Komandanlıqlarında keçəcəklər.

“And içməzdən əvvəl, onlar  ilkin döyüş hazırlığının 8 həftəlik proqramından (BCT) ,  həm də Samtsxe-Cavaxetiya bölgəsində, Axalkalakidə yerləşən böyük serjant Zaza Peradze adına yeni mərkəzdə təlim, atəş, tibbi və taktiki hazırlıqdan keçiblər. Baş nazir İrakli Ğaribaşvilinin müdafiə naziri olduğu dövrdə, 2020 -ci ilin sentyabrında Axalkalakidə müassir standartlarda , ilkin döyüş hazırlığının yeni mərkəzi açılmışdı.

Təlim və Hərbi Təhsil Komandanı, polkovnik Zurab Xviçia şəxsi heyyəti mühüm gün münasibətilə təbrik edib və Gürcüstan qarşısında şərəfli xidmət arzulayıb. Mərkəzin rəhbəri, polkovnik Zakaria Kalandadze də hərbi qulluqçulara müraciət edib ”, – deyə nazirliyin məlumatında bildirilir.