Məşhur gürcü kino-rejissoru, ssenarist, aktyor və rəssam Rezo Esadze vəfat etdi.
Rezo Esadze 1934-cü ilin fevralın 18-də anadan olmuşdu.
Esadze Şərəf Ordeni Kavaleri, Şota Rustaveli adına premiyanın laureatı, beynəlxalq festivalların mükafatlarının və beynəlxalq Vaşinqton və Kembric kataloqlarının şərəf ordenlərinin sahibi idi.
Rezo Esadze 11 film çəkib.
Müxtəlif filmlərdə epizod rollarda oynayıb.
Rezo Esadzenin rəsm əsərlərinin sərgiləri müxtəlif vaxtlarda, Tbilisidə, Münhendə, Cenevrədə və tel-Avivdə keçirilib.
1975-ci ildən o pedaqoq fəaliyyəti ilə məşğul idi.
2001-ci ildə ilk şerlər kitabını dərc etdirdi.
Gürcüstanın Birinci Kanalının efirində, fevralın 18-də onun “Bir gün kimi bir ay” adlı son filmi efirə çıxmışdı.
Filmi rejissor 2016-cı ildə, 82 yaşında çəkmişdi.