Rəcəp Tayyip Erdoğan - Türkiyə mübarizə edir, ancaq müharibə istəmir
Türkiyə mübarizə edir, ancaq müharibə istəyən bir ölkə deyil, – bu bəyanatı Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan verdi.
“Son əməliyyat türk əsgərinin nə qədər effektiv mübarizə apardığını göstərdi, ancaq buna baxmayaraq, biz müharibə istəmirik” – dedi Rəcəp tayyip Erdoğan.
Türkiyə prezidentinin dediyinə görə, Ankara Suriyə vətəndaşlarını qanlı Əsəd rejiminin ümidinə tərk etməyəcək.
“Suriyənin üç təyyarəsi və səkkiz helikopteri düşürülüb. Əlbəttə ki, Türkiyənin də itgiləri var, ancaq biz Suriyəliləri tək qoymayacağıq” – dedi Rəcəp Tayyip Erdoğan.