Rəcəb Tayyib Ərdoğan - Ukrayna və Rusiya danışıqlarda 6 məsələdən 4-də razılığa gəliblər

 

Ukrayna və Rusiya danışıqlarda 6 məsələdən 4-də razılığa gəliblər   – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Əvvəlcə Ukrayna bu məsələdə israrlı idi, lakin sonradan Zelenski NATO-ya üzv olmaqdan imtina edilə biləcəyi barədə danışmağa başladı. Digər məsələ rus dilinin rəsmi dil kimi qəbul edilməsidir. Zelenski də bunu etiraf edib. Rus dili Ukraynanın demək olar ki, hər yerində danışılan bir dildir. Bu mərhələdə də heç bir problem yoxdur” – deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Zelenskinin Rusiya ilə kompromislərə dair referendumun keçirilməsi zərurəti ilə bağlı bəyanatı “məntiqli rəhbərlikdir”. Zelenskinin sözlərinə görə, ölkədə təhlükəsizlik təminatları ilə bağlı istənilən konstitusiya dəyişikliyi təkcə onun tərəfindən deyil, referendum yoluyla həll edilməlidir.