Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin həlli üçün Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edir
Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin həlli üçün Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminin həlli üçün Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Türkiyə Prezidentinin sözlərinə görə, bu məsələdən təsirlənməyən liderlər görüşdə iştirak etməməlidir.

“Biz belə bir təklif etmişik.  Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq və biz bu məsələni cənab Əliyevlə müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik”- Türkiyə Prezidenti bildirib.