Rəcəb Tayyib Ərdoğan-lazım gələrsə, Ankara Avropa İttifaqından uzaqlaşa bilər
Rəcəb Tayyib Ərdoğan-lazım gələrsə, Ankara Avropa İttifaqından uzaqlaşa bilər

Lazım gələrsə, Ankara Avropa İttifaqından uzaqlaşa bilər-bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Erdoğan bunu ABŞ-a getməzdən əvvəl mətbuata açıqlamasında deyib.

Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədən uzaqlaşmaq üçün addımlar atır.

“Biz bu hadisələrin fonunda öz qiymətləndirməmizi edəcəyik. Bu qiymətləndirmələrdən sonra, zərurət yaranarsa, biz Avropa İttifaqından uzaqlaşa bilərik”, – deyə Türkiyə Prezidenti bildirib.

Türkiyə liderinə Avropa İttifaqına üzvlük prosesi və Avropa Parlamentinin Türkiyə ilə bağlı ölkədə demokratik tənəzzülün davam etməsindən bəhs edilən hesabatına dair sual verilib.