Rəcəb Tayyib Ərdoğan - 28 gündür dünya Qəzzada insanlığa qarşı törədilən cinayətlərin şahidi olur
Rəcəb Tayyib Ərdoğan - 28 gündür dünya Qəzzada insanlığa qarşı törədilən cinayətlərin şahidi olur

Düz 28 gündür ki, dünya Qəzzada insanlığa qarşı törədilən cinayətlərin şahidi olur – bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.

Ərdoğanın sözlərinə görə, 7 oktyabrdan bəri Qəzzada baş verən vəhşiliyə haqq qazandıran və ya izah edən heç bir konsepsiya yoxdur.

“Türk dünyasının birlik və həmrəyliklə hərəkəti əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə yol açacaq. Beynəlxalq sülh konfransının təməlinin qoyulması istiqamətində səylərimiz davam edir” – deyə Türkiyə Prezidenti bildirib.