Rəcəb Tayyib Ərdoğan - Türkiyə enerji ehtiyacları və əməkdaşlığa görə Rusiyaya sanksiya tətbiq edə bilməzdi, mən xalqımı qışın soyuğunda qoya bilmərəm

 
Türkiyə enerji ehtiyacları və əməkdaşlığa görə Rusiyaya sanksiya tətbiq edə bilməzdi, mən xalqımı qışın soyuğunda qoya bilmərəm-bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan yaxın günlərdə Rusiya və Ukrayna prezidentləri ilə telefon danışığı aparacağını və sammiti dəyərləndirəcəyini bildirib.

“İstifadə etdiyimiz təbii qazın demək olar ki, yarısını Rusiyadan alırıq. Ayrıca, biz Rusiya ilə Akkuyu Atom Elektrik Stansiyamızı tikirik. Onları görməməzlikdən gəlmək olmaz. Beləliklə, burada ediləcək bir şey yoxdur. Biz bu məsələyə olan həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qışın soyuğunda qoya bilmərəm. İkincisi isə, sənayemizi dayandıra bilmərəm. Biz onu qorumalıyıq”- deyə Ərdoğan bildirib.