Rəcəb Tayyib Ərdoğan - İsveç bütün tələbləri yerinə yetirməyincə Türkiyə geri çəkilməyəcək
Rəcəb Tayyib Ərdoğan - İsveç bütün tələbləri yerinə yetirməyincə Türkiyə geri çəkilməyəcək

İsveç bütün tələbləri yerinə yetirməyincə Türkiyə geri çəkilməyəcək-bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında danışıb.

“Ölkəmizin mövqeyi, gözləntilərimiz və bizə verilən vədlər bəllidir. Ötən il olduğu kimi eyni yerdəyik. Vaxt itirməkdənsə, dövlətin bizə verilən vədləri yerinə yetirməsi daha müdrik və daha faydalı olardı”- deyə Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin qeyd etdiyi kimi, dövlət imzaladığı vədlərə sadiq olmalıdır.