Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində Vladimer Putinlə görüşəcək
Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində Vladimer Putinlə görüşəcək

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda Vladimer Putinlə görüşəcək. Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayır.

Onlar tərəfindən verilən məlumatda, Türkiyə liderinin İran prezidenti İbrahim Rəisin dəvəti ilə iyulun 18-19-da Tehrana səfər edəcəyi və Astana formatının 7-ci üçtərəfli görüşündə iştirak edəcəyi deyilir. Türkiyə və İran prezidentləri ilə yanaşı, Rusiya prezidenti də görüşdə iştirak edəcək.

Administrasiyadan verilən məlumatda, üçtərəfli görüşdə Suriyadakı cari hadisələr, eləcə də terror təşkilatları, əsasən PKK/YPG və DEAŞ ilə mübarizə, humanitar məsələlərin müzakirə olunacağı deyilir.

Prezident administrasiyasının da yazdığı üzrə , sammit çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin ayrıca görüşü də planlaşdırılıb.