Regional tur çərçivəsində Gürcüstan NATO Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib
Regional tur çərçivəsində Gürcüstan NATO Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib

Regional tur çərçivəsində Gürcüstan NATO Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib.

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili Müdafiə Nazirliyinin “Armihall”ında kollecin rəhbər şəxslərini və yüksək rütbəli kurs dinləyicilərini salamlayaraq, oxşar səfərlərin əhəmiyyətinə diqqət çəkib.

Müdafiə Nazirliyinin nümayəndələri yüksək rütbəli dinləyicilərə regional təhlükəsizlik məsələləri və mövcud çağırışlar, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya perspektivləri və həyata keçirilən islahatlar, müdafiə siyasətinin inkişafı və müdafiə qüvvələrinin transformasiyası prosesi haqqında təqdimatlar təqdim ediblər. Həmçinin Gürcüstanın hərbi təhsil sisteminin prioritetlərini nəzərdən keçiriblər.

Bu gün NATO Kollecinin nümayəndələri tədris səfəri çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini (JTEC) ziyarət ediblər, burada JTEC komandiri, polkovnik Davit Qaqua onları qəbul edib və mərkəzin imkanları ilə tanış edib.

Gürcüstana səfərin məqsədi kollec tələbələrini regional təhlükəsizlik mühiti, Gürcüstanın müdafiə sahəsində aparılan islahatlar və ölkənin NATO-ya inteqrasiya perspektivləri ilə tanış etməkdir.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.