Regional İnkişaf və İnfrastruktur Nazirliyi- hazırda Rikoti magistral yolu layihəsi ilə nəzərdə tutulmuş işlərin 86 faizi tamamlanıb
Regional İnkişaf və İnfrastruktur Nazirliyi- hazırda Rikoti magistral yolu layihəsi ilə nəzərdə tutulmuş işlərin 86 faizi tamamlanıb

 
Rikotinin yeni magistral yolu layihəsi ilə nəzərdə tutulmuş 51 tuneldən 45-i artıq inşa edilib-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda deyilir.

Verilmiş məlumatda layihədə nəzərdə tutulan 97 körpüdən 81-nin tikildiyi deyilir.

“Avto-nəqliyyat vasitələri artıq 12 tunel və 22 tamamlanmış körpüdən istifadə edir. Hazırda Rikoti magistral yolunun layihəsi ilə nəzərdə tutulmuş işlərin 86 faizi tamamlanıb”-deyə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatında deyilir.