Reqbi üzrə Dünya Kuboku | Sami Radradra -   Gürcüstan komandasının nə səviyyəli olduğunu hamımız bilirik #1TVSPORT
Reqbi üzrə Dünya Kuboku | Sami Radradra - Gürcüstan komandasının nə səviyyəli olduğunu hamımız bilirik #1TVSPORT

Gürcüstanın reqbi komandası bu gün dünya çempionatında qrup mərhələsinin üçüncü oyununu keçirəcək. Komandamızın rəqibi 1/4 finala yüksəlmək şansı yüksək olan Ficidir.

Fici millisinin liderlərindən biri Semmi Radradra qarşıdakı “borjğaloslarla” olacaq oyunu şərh edib. Özünün dediyinə əsasən, Gürcüstanın fiziki cəhətdən güclü oyunçulardan ibarət komandası var və ficililəri asan bir oyun gözləmir.

“Biz hamımız bilirik ki, Gürcüstanın hansı səviyyədə komandası var. Biz tez-tez onlarla oynamaq məcburiyyətindəyik. Gürcü oyunçular fiziki cəhətdən güclüdürlər və rəqiblərini güclü qarşıdurmalara cəlb etməyi xoşlayırlar.

Bizim vəzifəmiz onların fiziki hücumları ilə mübarizə aparmaqdır, xüsusən də cəbhə xəttində. Həm də öz üslubumuzda oynayaq və düşünürəm ki, hər şey yaxşı bitəcək”, – Radradra bildirib.

Hazırda Gürcüstan millisinin qrupda 1 heç-heçə və 1 məğlubiyyəti var. Ficiyə gəlincə, adalılar əvvəlki turda Avstraliyaya qalib gəlib, ondan əvvəl isə Uelə uduzub. Qalan iki oyunda qalib gəlsələr, Dünya Çempionatının pley-off mərhələsində oynayacaqlar.

Gürcüstan və Fici görüşü Bordoda Tbilisi vaxtı ilə saat 19:45-də başlayacaq. Gürcüstanın birinci kanalı matçdan canlı reportaj təqdim edəcək.