Reqbi | Levan Maisaşvili "Skarlets"lə oyunu dəyərləndirdi - bu qələbəni bütün Gürcüstana həsr edirik #1TVSPORT
Reqbi | Levan Maisaşvili "Skarlets"lə oyunu dəyərləndirdi - bu qələbəni bütün Gürcüstana həsr edirik #1TVSPORT

“Qara şir” Challenge Kubokunda tarixi qələbə qazanıb – Gürcüstan franşizası Uelsdə “Skarlets”ə 23:7 hesabı ilə qalib gəlib.

Qarşılaşmadan sonra “Qara Şir”in baş məşqçisi Levan Maisaşvili oyunu belə dəyərləndirib:

“Gürcüstan reqbisi üçün tarixi bir gün idi. Challenge Kubokunda ilk oyundan sonra oğlanlar narazı qalmışdılar, “Qloster”ə qalib gələ biləcəklərini hiss etdilər və bu, artıq qələbə idi, sadəcə olaraq, nəticədə tam əks olunmadı, bəzən belə də olur.
“Skarlets”lə oyundan əvvəl onlara dedim ki, biz meydandan qalib ayrılmalıyıq, lakin bu dəfə bu qələbə tabloda da öz əksini tapmalıdır və onlar qələbə üçün tamamilə hər şeyi etdilər, bu, öz güclərinə tam inam və özünə güvənməkdir.

Güclü rəqibə qarşı çətin oyun oldu. “Skarlets” uzun tarixə və ənənəyə malik komandadır, o, Uels reqbisinin flaqmanlarından biridir.

Bu möhtəşəm qələbə münasibətilə hər kəsi təbrik edirəm. Bu qələbənin Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi ilə üst-üstə düşməsi əlamətdardır. Biz hamımız birlikdə bu qələbəni qazandıq və tarix yazdıq, bu qələbəni bütün Gürcüstana həsr edirik”, – Levan Maişaşvili bildirib.