Rati İonatamişvili - Hərbi qulluqçularımız beynəlxalq təhlükəsizliyə və qlobal sülh proseslərinə o qədər böyük töhfə veriblər ki, buna məhəl qoyulmaması zərərli olardı
Rati İonatamişvili - Hərbi qulluqçularımız beynəlxalq təhlükəsizliyə və qlobal sülh proseslərinə o qədər böyük töhfə veriblər ki, buna məhəl qoyulmaması zərərli olardı

 

Radikal müxalifətin bu məsələ ilə bağlı nə qədər yalan dezinformasiyalar yaydığı yadımızdadır və indi onların bəyanatları maraqlıdır- bu haqda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili, Cim O’Brayenin Gürcüstanın NATO tərəfdaşlığının gələcək tədbirlərinə dəvət olunması haqda bəyanatını şərh edərkən qeyd edib.

O, verilən qərarın düzgün olduğunu, çünki gürcü hərbi qulluqçuların roluna məhəl qoyulmamasının zərərli ola biləcəyini deyib.

“Gürcüstan və hərbi qulluqçularımızın, beynəlxalq missiyalarda yaralanan döyüşçülərin beynəlxalq təhlükəsizlik və qlobal sülh proseslərinə o qədər böyük töhfə verdiyini nəzərə alsaq, bu məsələni şübhə altına almaq belə naxoş olardı, onları lazımınca qiymətləndirməmək böyük ədalətsizlik olardı. Müvafiq olaraq, bu, yeganə düzgün qərardır və bir daha onu göstərir ki, ölkəmiz, vətəndaşlarımız, hərbi qulluqçularımız mühüm rol oynayır. Buna məhəl qoymamaq NATO-nun və bizim dəyərlərimizin xidmət etdiyi prinsiplərə, dünya sülhü və təhlükəsizliyi üçün zərərli olacaq” – Rati İonatamişvili açıqlayıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen bildirib ki, Gürcüstan NATO tərəfdaşlığının gələcək tədbirlərinə dəvət olunub.