Rati İonatamişvili - Qərarları dövlətin maraqlarından irəli gələrək qəbul edirik və amnistiyaya münasibətdə seçkilərin heç bir mənası yoxdur, bu, vətəndaşların maraqlarına xidmət edir
Rati İonatamişvili - Qərarları dövlətin maraqlarından irəli gələrək qəbul edirik və amnistiyaya münasibətdə seçkilərin heç bir mənası yoxdur, bu, vətəndaşların maraqlarına xidmət edir

 
Amnistiya humanitar aktdır, ona siyasi don geyindirmək əlverişsizdir, hazırda iş gedir və biz əvvəlcədən heç nə deməyəcəyik, elə bir qərar qəbul edilməlidir ki, məhkumların sayı baxımından Gürcüstanı ən yaxşı Avropa standartı ilə tarazlaşdırsın-bu haqda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Deputat, müxalifətin sözügedən mövzu ilə bağlı spekulyasiyasının yolverilməz olduğunu bildirib.

“Müxalifətin bəyanatlarına gəlincə, amnistiya ilə bağlı spekulyasiyalar yolverilməzdir, müxalifətdən soruşsanız, belə çıxacaq ki, ümumiyyətlə iş görməməlisiniz, çünki bütün bunlar ölkənin inkişafı ilə bağlıdır və eyni zamanda, bunun siyasi motivi olduğunu deyirlər. Hər şeyi dövlətlə deyil, öz maraqları ilə məhdudlaşdırırlar. Qərarları dövlətin maraqlarından irəli gələrək qəbul edirik və amnistiyaya münasibətdə seçkilərin heç bir mənası yoxdur. Bu, vətəndaşların maraqlarına xidmət edir”-Rati İonatamişvili açıqlayıb.