Rati İonatamişvili - Əslində altı siyasi partiyanın bəyanatını Mixeil Saakaşvili imzalayır, çünki onlar öz suverenliyini itiriblər
Rati İonatamişvili - Əslində altı siyasi partiyanın bəyanatını Mixeil Saakaşvili imzalayır, çünki onlar öz suverenliyini itiriblər

 
Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Rati İonatamişvili əslində altı müxalifət partiyasının birgə bəyanatını Mixeil Saakaşvilinin imzaladığını bildirib.

Onun qiymətləndirməsinə görə, sözügedən müxalifət partiyaları suverenliklərini itiriblər, onların suverenliyini Saakaşvili və “Milli Hərəkat” mənimsəyib.

“Bəyanatı altı siyasi partiya yayır və onu Mixeil Saakaşvili imzalayır, çünki əslində bu insanlar öz suverenliyini itiriblər. Onların suverenliyini Saakaşvili və “Milli Hərəkat” mənimsəyib. Bu səbəbdən onlar suverenliyə qarşı mübarizə aparırlar, çünki onların suverenliyi müdafiə etmək üçün nə istedadı, nə bacarığı, nə də istəyi var”- Rati İonatamişvili qeyd edir.