Rati Breqadze - Strasburqun qərarı sərhədləşmənin tamamilə qeyri-qanuni olması və işğal olunmuş ərazilərdə istənilən pozuntuya görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı güclü hüquqi sübutdur
Rati Breqadze - Strasburqun qərarı sərhədləşmənin tamamilə qeyri-qanuni olması və işğal olunmuş ərazilərdə istənilən pozuntuya görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı güclü hüquqi sübutdur

 
Özümüzün haqlı olduğumuzu bilməyimiz bir şeydir, amma dünya ictimaiyyəti qarşısına bu həqiqətlə silahlanmış çıxmaq başqa şeydir-Gürcüstanın ədliyyə naziri Rati Breqadze 2008-ci ilin münaqişəsindən sonra başlayan “sərhədləşmə” nəticəsində insan hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı haqqında bu sözləri deyib.

“Strasburq Məhkəməsinin bugünkü qərarı çox güclü hüquqi silahdır və Gürcüstanın işğal olunmuş ərazisində baş verən istənilən pozuntunun Rusiya Federasiyasının məsuliyyətində olduğunu və bu dövlətin məsuliyyət daşıdığını demək hüququ verir. Həmçinin, “sərhədləşmə” prosesi tamamilə qeyri-qanunidir”- deyə Rati Breqadze bildirib.

Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı Strasburq məhkəməsinə əlavə neçə şikayət ərizəsi daxil etməsi ilə bağlı suala Rati Breqadze belə cavab verib:

“Bildiyiniz kimi, Strasburq məhkəməsi artıq Rusiyaya qarşı şikayətləri qəbul etmir, çünki Rusiya artıq Avropa Şurasının üzvü deyil və bu qələbə mümkün qədər birlikdə, təbii ki, ölkəmizin sülh yolu ilə işğaldan azad edilməsi uğrunda mübarizə aparmaq üçün bizim çox güclü bir həqiqətlə azad şəkildə silahlanmağımıza kifayətdir”-Rati Breqadze bildirib.

Avropa İnsan Haqları Məhkəməsi 2008-ci ildə baş vermiş münaqişədən sonra başlayan sərhədləşmə prosesi nəticəsində insan hüquqlarının pozulmasından bəhs edən “Gürcüstan Rusiyaya qarşı” işi üzrə qərarını dərc edib.

Strasburq Məhkəməsi Rusiya tərəfindən Avropa İnsan Haqları Konvensiyasının bir sıra pozuntularını müəyyən edib.